Daha bir intihar - Özünü odlu silahla başından vurdu

29 Aprel 2016 19:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Rayon Prokurorluğundan ans press-ə verilən məlumata görə, hadisə Bulduq kəndində qeydə alınıb. Kənd sakini, 1983-cü il təvəllüdlü Ruhid Hafiz oğlu Məhərrəmov özünə məxsus ov tüfəngi ilə evində baş nahiyəsindən atəş açıb. Ağır xəsarət alan kişi hadisə yerində dünyasını dəyişib. Hələlik onun hansı səbəbdən özünü öldürdüyü məlum deyil.

Ruhid Məhərrəmovun 1 azyaşlı övladı var.

Faktla bağlı Sabirabad Rayon Prokuroluğunda cinayət işi açılıb, araşdırma aparılır.