Gəncə-Bakı istiqamətində yükdaşıyan elektrovozda - Yanğın baş verdi

30 Aprel 2016 10:02 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında "Azərdəmiryol" QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb.

Elektrovozun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 8:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.