Lənkəranda ev yandı

30 Aprel 2016 10:28 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran rayonu, Liman şəhərində vətəndaşa məxsus ümumi sahəsi 190 kv.m olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 45 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 3:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.