Bakıda tapılan ayı balası nazirliyə verildi

30 Aprel 2016 13:02 (UTC+04:00)

Bu barədə AzNews.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, ayı balası Altıağac milli parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

İ.İbrahimova qeyd edib ki, klinikada müayinə edildikdən sonra ayı balası vəhşi təbiətə buraxılacaq.

Qeyd edək ki, dünən Bakının Suraxanı rayonunda, Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən "BakuBus"ın avtomobil parkı yaxınlığında ayı balası peyda olmuşdu.