Daha 4 erməni hərbçisi ağır yaralandı

30 Aprel 2016 17:54 (UTC+04:00)

Öldürülən hərbçilərdən biri Noyemberyan rayonunun sakinidir.

Qeyd edək ki, bu gün səhər yayılmış məlumatlara əsasən Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən qoşunların təmas xəttində atəşkəs rejimini pozub. Talış kəndi istiqamətində gedən döyüşlərdə Azərbaycan ordusu iki erməni hərbçisini (1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazqen Arutunyan) məhv edib.

Xatırladaq ki, cəbhəboyu zonada səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov düşmən təxribatlarının qarşısının alınacağını bəyan etmişdi: "Nə qədər ki, ermənilər öz işğalçı siyasətindən əl çəkməyiblər Prezident İlham Əliyevin dediyi kimi, "torpaq düşmənlərin ayaqları altında od tutub yanmalıdır". Erməniləri işğal etdikləri ərazilərdə dinc oturmağa qoymayacağıq. Bizim məqsədimiz budur".


Report