Nayrobidə bina uçdu - 17 nəfər öldü

30 Aprel 2016 20:48 (UTC+04:00)

Uçqun altından 121 nəfəri xilas etmək mümkün olub.

Ölən və xəsarət alanların sayının artacağı istisna olunmur. Məlumata görə, xilasedicilər hələ də uçqun altında qalan bir neçə şəxsin səsini eşidirlər.

Hadisə yerindən 150 ailə təxliyə olunaraq müvəqqəti düşərgədə yerləşdirilib.


APA