İŞİD İraqda terror törətdi - 38 ölü, 86 yaralı (Yenilənib)

1 May 2016 20:59 (UTC+04:00)

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürüb.

Apa

***
16:32

Bu gün İraqın cənubunda yerləşən Əs-Səməva şəhərində baş verən iki partlayış nəticəsində ən azı 33 nəfər həyatını itirib.

Məlumata görə, şəhərdə iki minalanmış avtomobil partladılıb. Onlardan biri bələdiyyə şurası binasının qarşısında, digəri isə avtobus dayanacağı yaxınlığında dayanmış olub.
Hələ ki, heç bir terror təşkilatı partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyib.


Report