Miqrantları daşıyan gəmi batdı - 15 nəfər itkin düşdü

1 May 2016 21:54 (UTC+04:00)

Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin rəsmisi Uilyam Spindler bəyan edib.

Onun sözlərinə görə, aprelin 29-da qəzaya uğrayan gəmidə 120 nəfər olub.

"Qəza nəticəsində 15 nəfər itkin düşüb. Onlardan 4-ü Nigeriya, 3-ü Qvineya, 2-si – Fil Dişi Sahili və 1-i Malidən olduqları müəyyənləşib", deyə U.Spindler bildirib.


APA