Allahşükür Paşazadənin bölgə nümayəndələri bəlli oldu - Siyahı

3 May 2016 14:50 (UTC+04:00)

Həmin siyahını təqdim edirik.

Qeyd edək ki, səlahiyyətli nümayəndələr QMİ sədrinə tabedirlər. Onlar öz fəaliyyətləri zamanı İdarə Sədrinin verdiyi tapşırıqları yerinə yetirməyə borcludurlar. Səlahiyyətli nümayəndələrin fəaliyyəti bölgə qazıları və QMİ-nin Təşkilat şöbəsi tərəfindən əlaqələndirilir. QMİ-nin struktur bölmələri səlahiyyətli nümayəndələrə öz səlahiyyətləri çərçivəsində tapşırıqlar verə bilərlər. Səlahiyyətli nümayəndələr QMİ sədrinin müəyyən etdiyi bölgələrə təhkim olunurlar. Səlahiyyətli nümayəndəyə vəzifələrinin icrasına görə haqq ödənilə bilər. Ödəmənin qaydası QMİ sədri tərəfindən müəyyən edilir. QMİ sədri tərəfindən səlahiyyətli nümayəndəyə onun səlahiyyətini təsdiq edən vəsiqə verilir. Səlahiyyətli nümayəndələr öz fəaliyyətində Azərbaycan Respublikası qanunvericiliyini, İdarənin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktları, İdarənin Nizamnaməsini, QMİ Sədrinin əmrlərini, Qazılar Şurasının qərarlarını və müvafiq Əsasnaməni rəhbər tutur.

Bölgə qazıları:

Bağırov Barat - Ağdam
Məmmədov Əli - Ağdaş
Əzizov Bəhruz - Bakı/Nəsimi
Quliyev Məhəmməd - Bakı/Sabunçu
Qasımov Musa - Bakı/Sabunçu
Babayev Rahib - Bakı/Səbail və Qaradağ
Əlizadə Soltan - Bakı/Xəzər
Məmmədyarov Şünasi - Bakı/Xəzər
Nağızadə Faiz - Bakı/Yasamal və Abşeron
Hüseynov Ramazan - Bərdə
Mirtaibov Seyyidhaşim - Dərbənd
Əliyev Əli - Gürcüstan Respublikası
Axundzadə Qəni - Lənkəran
Təhməzov Mirqiyas - Masallı
Kərimov Şahabiddin - Maxaçqala
Məmmədov Sahib - Naxçıvan
Sadıqov Novruz - Qax
Süleymanov İlham - Qazax
Rüstəmov Ceyhun - Qəbələ
Səttarov Naib - Quba
Əliquliyev Vadar - Saatlı
Əfəndiyev Cavanşir - Şabran
Həsənov Hüsni - Salyan
Məmmədov Kamran - Şəki-Oğuz
Sərdarov Rauf - Sumqayıt
İbrahimov İbrahim - Zaqatala-Balakən.

Səlahiyyətli nümayəndələr:

İslamov Nurəddin - Ağsu
Musayev İltifat - Ağsu
Həsənov İlqar - Astara
Əliməmmədov Şahbala - Bakı/Binəqədi
Həsənov Şahin - Bakı/Nəsimi
Səlimov İlham - Bakı/Nəsimi
İsayev Natiq - Bakı/Nizami
Əhmədov Faiq - Bakı/Qaradağ
Murtuzov Əlifağa - Biləsuvar
Əsgərov Mahmud - Cəlilabad
Abbasov Tahir - Gəncə
Orucov Anar - Goranboy
Kazımov Rəsul - Göyçay
Səfərov Cavid - Göyçay
Məmmədov Surxay - İçərişəhər
Bəşirov Adıgözəl - İmişli
Bilalov Şahzadə - İsmayıllı
Cəfərov Füzuli - Kürdəmir
Əliyev İlham - Lerik
Salahov Nəbi - Naxçıvan
Əliyev Mirseymur - Neftçala
Əsgərov Hacı - Qax
Əfəndiyev Elnur - Quba
Mirməmmədov Mirələsgər - Quba
Rəhimxanov Fəryəddin - Qusar
Sadıqov Ağakərim - Sabirabad
Mustafayev Mərəhmət - Şamaxı
Rüstəmov Elşən - Şamaxı
Mehrəliyev Əvəz - Şirvan
İbayev Nəriman - Tovuz
Rzayev Yaşar - Xaçmaz
Yəhyayev Məzahir - Xaçmaz
Fərzullayev Füzuli - Yardımlı
Əliyev Namiq - Yevlax
Musayev Rasim - Zaqatala.

Report.az