Berlində Merkelə qarşı aksiyada - 40 nəfər tutuldu, 13 polis yaralandı

8 May 2016 09:52 (UTC+04:00)

Polisin məlumatına əsasən, qarşıdurma zamanı 40 nəfər saxlanılıb.

Xəbər verildiyi kimi, ötən gün Berlində Almaniya kansleri Angela Merkelin yürütdüyü siyasətə qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları əsasən kanslerin miqrant qəbulu ilə bağlı yürütdüyü siyasətə qarşı olduqlarını bəyan ediblər. Berlinin əsas küçə və yollarını bağlayan təxminən min nəfərə yaxın etirazçı yol boyunca "Merkel getməlidir!" şüarı səsləndiriblər.

Aksiyada daha çox "Almaniya üçün alternativ" partiyasının üzvləri və radikal sağçılar iştirak edib.

Buna paralel olaraq "Dünyaya açıq və tolerant Berlin" şüarı altında solçuların aksiyası keçirilib. Aksiyada 7 min nəfər iştirak edib.

Etirazçı qrupları arasında toqquşmanın qarşısını almaq məqsədilə polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Etiraz aksiyaları zamanı 1 700-dən polis əməkdaşı asayişə nəzarət edib.


APA.az