İçində 74 500 manatlıq qızıl olan çanta oğurlandı

9 May 2016 14:35 (UTC+04:00)


AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mayın 8-də Tərtər rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də şəhər sakini Ramiz Məmmədova məxsus içərisində 74 500 manat dəyərində qızıl əşyalar olan çantanı quldurluq yolu ilə almış həmyerliləri Cəlil Əmirli, İlqar Hümbətov, Elnur Ağazadə və Elgiz Paşayev tutulublar.