Putin generalları toplayır

10 May 2016 13:58 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Prezident bu gündən etibarən Soçidə işləyir. Bu gün Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Kompleksinin rəhbərliyi ilə növbəti – sayca yeddinci silsilə müşavirələr başlayacaq. Prezidentin də dəfələrlə qeyd etdiyi kimi, prezidentin burada hərbi rəhbərlər və MSK istehsalatçıları ilə görüşməsi yaxşı təcrübədir. Çünki burada paytaxtın gündəlik qrafikinə diqqət yayındırmadan silahlı qüvvələrin işkişafı, Müdafiə Səneyesi Kompleksinin təkmilləşdirilməsi məsələlərilə məşğul olmaq, cari problemləri üzə çıxarıb, onların həll yolunu tapmaq üzərində çalışmaq mümkündür", - deyə Peskov bildirib.

Onun sözlərinə görə, silsilə müşavirələrin yekunu cümə günü keçiriləcək.

Aydan AXUNDOVA