Təhsil İdarəsindən hamilə məktəbli ilə bağlı - Açıqlama

13 May 2016 17:39 (UTC+04:00)

Təhsil Şöbəsindən verilən xəbərə görə, adı mətbuatda hallanan, şərti adı A.olan şəxs Pirbəhli kənd 9 illik kənd ümum orta məktəbindən 2015-ci ildə məzun olub. O, Şamaxı rayonunun ümumi təhsil müəssisələrinin heç birində təhsilini davam etdirmir. Bu hadisədə adı çəkilən Pirbəhli kənd ümumi orta məktəbinin müəllimi Elnur İbrahimov isə 2016-cı il aprelin 1-dən üzrlü səbəb olmadan pedaqoji fəaliyyətinə ara verib. Bu səbəbdən cari ilin may ayının 3-dən məktəbin Pedaqoji Şurasının qərarı ilə Əmək Məcəlləsinin 70- ci maddəsinin "Ç" bəndinə əsasən Elnur İbrahimovla bağlanan əmək müqaviləsinə xitam verilib.

Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

APA.az