Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlandı - Fotolar

16 May 2016 10:47 (UTC+04:00)

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, Baş idarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət obyektində Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat məlumatı daxil olub. Həmin obyektə Baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Qazax rayon sakininə məxsus, üzərində hər hansı aksiz markası olmayan, eyni zamanda Rusiya, Gürcüstan, Ukrayna və Belarus dövlətlərinin aksiz markası ilə markalanankülli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.



Faktla bağlı araşdırma aparılır.