Silahlı Qüvvələrdə - Tədbirlər

18 May 2016 15:58 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hər il bu aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində əməkdaşlığın davamı olaraq Dövlət başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın müddəaları əsasında respublikanın bütün regionlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Bu aylıq çərçivəsində Silahlı Qüvvələrdə də bir sıra tədbirlər keçirilir. Bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulması və qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, "dəyirmi masalar", əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.

İnsan hüquqlarını təbliğ edən mövzularda keçirilən tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.