Xalq şairinə Türkiyə və Rusiyadan yubiley hədiyyəsi - Foto

18 May 2016 17:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, xalq şairinin "Yurdumun ən gözəl nəğməsi" şeirlər kitabı Dr. Mais Əlizadənin Türkiyə türkcəsinə tərcüməsində işıq üzü görüb. Kitabda Sabir Rüstəmxanlının müxtəlif illərdə yazdığı şeirlər yer alıb.

Müəllifin "Восхождение на плаху" romanı da Rusiyada Azər Mustafazadənin tərcüməsində çap olunub.

Qeyd edək ki, xalq şairi Sabir Rüstəmxanlı 1946-cı il mayın 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. Xalq şairi bu il 70 yaşını qeyd edir.