Yazıçımız daha bir nüfuzlu siyahıda

20 May 2016 12:53 (UTC+04:00)

AzNews.az xəbər verir ki, siyahıda azərbaycanlı yazıçı Varisin də adı var. Həmyerlimiz siyahıya ötən ilin sonunda Moskvada işıq üzü görmüş "3+1" audiokitabına görə layiq görülüb.

"3+1" audiokitabı günümüzün hazırkı qaranlığında axtarıb işıq tapanlar barədə psixoloji xarakteristikadır, bir pozitivin üç neqativ üzərindəki qələbəsinin şərhidir. Kitabın leytmotivi isə budur: "İnsan özünün ən güclü zərbələrini yaşadığı zamanın ən zəif vaxtlarına saxlamalıdır".

Qeyd edək ki, nominantların hamısı Adam Mitskeviç adına diploma layiq görüləcəklər. Qalib isə baş mükafatı – Mitskeviç medalını qazanacaq.