Qanunsuz sahibkarlıqla məşğul olanlar - Məsuliyyətdən azad olunacaq

21 May 2016 10:28 (UTC+04:00)

Bu məsələ Prezident İlham Əliyevin təstiqlədiyi Cinayət Məcəlləsində edilən dəyişikliklərdə əksini tapıb. Yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.

Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.

Trend.az