Şəhidlərin medalları ailələrinə təqdim olundu - Video

21 May 2016 21:57 (UTC+04:00)

Aprel şəhidlərindən olan əsgər Rəvan Nurayev və müddətdən artıq hərbi xidmət qulluqçusu Sərxan Bayramovun medalları Zaqatalada ailələrinə təqdim edilib.

Şəhid əsgər Rəvan Nurayevin ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı onun doğulub boya-başa çatdığı Muxax kəndində anasına təqdim olundu. Təltif olunma mərasimində şəhidin doğmaları və hərbçi yoldaşları 19 yaşlı Rəvan Nurayevin döyüşlərdə əsl qəhrəmanlıq göstərdiyini və şəhidlik zirvəsinə ucalmaqla Vətənə layiq övlad olduğunu vurğuladılar.

Müddətdən artıq hərbi xidmət qulluqçusu 23 yaşlı Sərxan Bayramovun medalını isə atasına verildi.Vətən sağ olsun deyərək medalları qəbul edən şəhidlərin ailələri isə itgiləri ağır olsa da, igid oğullrının qəhrəmancasına şəhid olmasından qurur hissi keçirdiklərini söylədilər.

Anspress.com