FHN-dən məktəbdəki yanğınla bağlı - Son məlumat

23 May 2016 12:34 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda Təhsil Nazirliyinə məxsus üçmərtəbəli 95 saylı orta məktəbin 1-ci mərtəbəsinin giriş hissəsində 30 kv.m sahədə mebel dəsti yanıb.

Yüksək temperaturdan giriş qapısı və 2 ədəd pəncərə əriyib.

Hadisə zamanı 2 şagird və 1 nəfər müəllim xilas olunub, 75-80 nəfər təhlükəsiz əraziyə təxliyyə olunub.

Yanğından məktəb binasının qalan hissəsi mühafizə olunub.

Yanğın saat 9:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.