Binədə narkotik aşkarlandı - 5 kiloqram

23 May 2016 14:34 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Suraxanı RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Şıxəli Əliyevin Binə qəsəbəsindəki evinə baxış zamanı 5 kiloqram 16,56 qram marixuana, həyətyanı sahəsinə baxış zamanı isə aqrotexniki qaydada becərilən 11 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.