“DekaBank“ın rəhbərliyində ciddi - Dəyişikliklər

23 May 2016 19:33 (UTC+04:00)

AzNews.az-ın bankın saytına istinadən verdiyi məlumata görə, Rafael Ağayev, Sərxan Həsənov və Ramal Quliyev bankı tərk ediblər.

Hazırda MŞ-nin tərkibində iki nəfər - sədr Sürayyə Ağayeva və üzv Azər Hüseynov qalıb.

Həmçinin bankın İdarə Heyətinin tərkibi tamamilə yenidən formalaşdırılıb - bankın İdarə Heyətinin sədri Niyazi Vəliyev və onun birinci müavini Adil Səfərov vəzifələrini tərk ediblər, İdarə Heyətinin üzvü Bəhram Hüseynov isə onun tərkibindən çıxıb və vəzifəsi aşağı salınıb - Maliyyə və əməliyyat departamentinin direktor müavininədək. Əvvəllər həmin departamentin direktoru vəzifəsində A.Hüseynov çalışıb. Hazırda İdarə Heyətinin sədri İsmayıl Əliyevdir.

Bundan başqa, bankın daha iki departamentinin rəhbəri dəyişib. Elnur Əliyev bankın Kredit departamentinin direktoru vəzifəsində Rəhilə Əhmədovanı əvəzləyib, Elçin Qasımov isə İlkin Abdullayevin əvəzinə İnformasiya texnologiyaları departamentinin direktoru təyin edilib. Valyuta şöbəsinin müdiri vəzifəsində çalışmış Ədalət Mirzəyevin yeri isə vakant olaraq qalır.

Bankı, həmçinin "Bakı" filialının rəhbəri İsfəndiyar İbişov və "Nəsimi" filialının rəhbəri Rüfət Manafov tərk ediblər.

R.Manafovun yerini Adışirin Mehrəliyev tutub, "Bakı" filialının rəhbəri vəzifəsinə isə Faruq Ziyadov təyin olunub.