İlhamiyyə Rza ANS-dən getdi

24 May 2016 11:14 (UTC+04:00)
Tanınmış tele-jurnalist İlhamiyyə Rza ANS TV-dən ayrılır. Bu haqda "Gununsesi"nə tanınmış jurnalistin özü məlumat verib. Onun sozlərinə görə, mayın 30-dan etibarən "Nəzər Nöqtəsi" verilişində onu telejurnalist Tofiq Abbasov əvəzləyəcək.

İlhamiyyə xanım ANS-dən sonrakı fəaliyyəti ilə bağlı isə hələlik, heç bir fikir səsləndirməyib.

Xatırladaq ki, ANS-in ən uğurlu layihələrindən biri olan "Nəzər Nöqtəsi" uzun illər ən baxımlı proqramlardan biri olsa da sonradan yayımı dayandırılmışdı. Son aylarda yenidən efirə qayıdan proqramın ən son aparıcısı İlhamiyyə Rza idi.


Gununsesi.info