İki avtomobil toqquşdu - Yaralı var

24 May 2016 22:42 (UTC+04:00)

Hadisə şəhərin Ruzigar Qasımov küçəsində qeydə alınıb. "Mercedes ML"-lə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində "VAZ"-ın sərnişini 1983-cü il təvəllüdlü Rufan Zeynalov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


APA.az