“Çox absurd qərardır” - Fazil Mustafadan sərt çıxış

25 May 2016 10:48 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib. O hesab edir ki, ikinci absurd qərar dərslərin sentyabrın 15-də başlamasıdır: "Uşaq bağçaları, orta məktəb və ali məktəblər üçün bu cür vaxt dəyişiminin hansısa faydası olduğunu düşünmürəm. Dərslər sentyabrın 1-də başlayar və mayın 31-də tamamlanarsa, həm təhsil alanlar, həm də müəllimlər rahat olar".

F.Mustafa qeyd edib ki, əgər sistem bu şəkildə olarsa valideynlər vaxt uzatmanın girovuna çevrilməzlər.

Bahar RÜSTƏMLİ
AzNews.az