ABŞ-dan Qarabağa sadiqlik mesajı

25 May 2016 11:37 (UTC+04:00)

Bu barədə ABŞ Dövlət Departamenti xəbər verib.

Onun sözlərinə görə, ABŞ ekstremizmə qarşı mübarizədə və transmilli məsələlərdə Azərbaycanla sıx əməkdaşlığı yüksək qiymətləndirir.

"Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır"

"ABŞ əvvəlki kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməkdə sadiqdir. ABŞ və Azərbaycan həm Avropa daxilində həm də Avropa hüdudlarından kənarda təhlükəsizlik və tərəqqi naminə birgə çalışıblar. Azərbaycan Avropa bazarına enerji resurslarının tədarükçüsü kimi mühüm rol oynayır və ABŞ Azərbaycanın regionda enerji diversifikasiyasının genişləndirilməsi istiqamətində səylərini tam dəstəkləyir", - deyə Con Kerrinin təbrikində bildirilir.

Con Kerri Azərbaycan və Ermənistanın rəhbərlikləri ilə Dağlıq Qarabağda zorakılığın azaldılması üzrə yolların öyrənilməsində maraqlıdır. Bu barədə ABŞ dövlət departamentinin nümayəndəsi Con Kirbi keçirilən brifinqdə bildirib. ABŞ dövlət departamenti nümayəndəsinin sözlərinə görə, Con Kerri Dağlıq Qarabağda gərginliyi azaltmaq üçün daha yaxşı yolları müzakirə etmək istəyir.

"ABŞ üçün tərəflərin dialoq qurması, atəşin dayandırılması haqqında sazişə riayət etməsi və hərtərəfli razılaşma üzərində işlərin aparmasını görmək vacibdir", - deyə Con Kirbi bildirib.

Aprel ayının əvvəllərində baş verən 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Avstriyanın paytaxtı Vyanada görüşüb. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri, ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransa xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro iştirak ediblər.

Anspress.com