Vaqif Səmədoğlunun kitabı nəşr edildi

25 May 2016 12:45 (UTC+04:00)

Bu barədə AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, sözügedən kitab "AYB-Kitab" layihəsi əsasında həyata keçirilib: "216 səhifəlik kitabdır. Bu kitabda yer alan şeirlər heç vaxt çap olunmayıb. Vaqif müəllim həmin şeirləri müxtəlif illərdə yazıb".

X.Rza onu da əlavə edib ki, iyun ayının 5-də VI Şairlər Günü qeyd olunacaq: "Həmin gün Xalq şairi Vaqif Səmədoğlunun xatirəsinə həsr olunacaq".

Qeyd edək ki, "Sandıq şeirləri" adlı kitabın tərtibçi redaktoru Nüşabə Vəkilovadır.

Bahar RÜSTƏMLİ
AzNews.az