Savçenko Ukraynadadır - Video + Yenilənib

25 May 2016 16:32 (UTC+04:00)

AzNews.az yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Petro Poroşenkonun rəsmi tvitter səhifəsində məlumat verilib. "Ukrayna qəhrəmanı Nadejda Savçenkonun içərisində olduğu prezident təyyarəsi eniş etdi",- deyə məlumatda qeyd olunur.

***
13:53

Rusiyada həbs olunan ukraynalı pilot Nadejda Savçenko ölkəsinə qaytarılıb.

AzNews.az xəbər verir ki, bu barədə UNN diplomatik mənbələrə istinadən məlumat verib. Məlumata görə, Savçenko bir neçə dəqiqə öncə prezident təyyarəsilə Rostov hava limanından Ukraynaya yola düşüb.

Nadejdanı hava limanında Ukrayna prezidentinin mətbuat katibi Vladislav Tseqolko və Ali Radanın spikerinin müavini İrina Qeraşenkonun qarşıladığı bildirilir.

Qeyd edək ki, razılaşmaya əsasən, Savçenko Ukraynadakı rus məhbuslar Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevlə dəyişdirilib.


Aydan AXUNDOVA