“Jurnalist fəaliyyətimi davam etdirəcəyəm” - Xədicə İsmayılova

25 May 2016 19:28 (UTC+04:00)

X. İsmayılova Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.

Xədicə İsmayılova həmkarlarına bildirib ki, yenə öz jurnalistlik fəaliyyəti ilə məşğul olacaq.

O, həmçinin deyib ki, tam bəraət almaq üçün əlindən gələni edəcək: "Mən enerji ilə doluyam və ədalətin tam bərpa olunması üçün mübarizə aparacağam".


Virtualaz.org