Bəzi beynəlxalq oyunçular vəziyyətin qeyri-sabit olmasında maraqlıdır - Ekspert

25 May 2016 19:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Oksford Universitetinin Müqəddəs Anna Kollecinin professoru Neyl Makfarlen deyib.

Onun sözlərinə görə, beynəlxalq birlik bununla əlaqədar mövcud status-kvonu dəyişdirmək üçün səmərəli səylər göstərmir.

Ekspert əlavə edib ki, aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş gərginliyin eskalasiyası daha ciddi nəticələrə gətirib çıxara bilərdi.