Sürət həddini aşdı, qəzaya səbəb oldu - Video

25 May 2016 23:25 (UTC+04:00)

Hadisəyə səbəb "Az 55-BO 229" dövlət nömrə nişanlı, Daşdəmirov Həmzə Əliəşrəf oğluna məxsus " Vaz-21-07" markalı avtomobilin sürücüsünün düzgün sürət rejimi seçməməsi nəticəsində üfüqi nişanlanma xəttini keçərək, qarşıdan gələn "Az 55-BA041" dövlət nömrə nişanlı, Nəbiyev Taleh Nəriman oğluna məxsus "Vaz -21-011" markalı avtomobillə toqquşması olub.

Şəki Şəhər Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları dərhal hadisə yerinə gələrək, müvafiq baxış keçiriblər. Xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Hadisə nəticəsində avtomobillərə yüngül ziyan dəyib. Ölən, yaralanan və ya bədən xəsarəti alan olmayıb. Şəki Rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.




Region TV