34 yaşlı kişi qətlə yetirildi - Bakıda

26 May 2016 10:35 (UTC+04:00)

Pirallahı rayon Polis Şöbəsindən verilən məlumata görə, Dübəndi bağlarında Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Ruslan Şevçen aralarında yaranmış münaqişə zəminində tanışı, 1982-ci il təvəllüdlü Aleksandr Nikoloyeviç Qraçyovu ürəyindən bıçaqlayaraq öldürüb. Hadisəni törədən R. Şevçen saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

APA.az