Tərtər və Ağcabədidə partlamamış mərmi tapıldı

27 May 2016 12:21 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Tərtər RPŞ əməkdaşları tərəfindən rayonun Hacıqərvənd kəndinin ərazisində kənd sakini Aftandil Muradova məxsus torpaq sahəsindən 1 ədəd partlamamış tank əleyhinə olan mərmi, Ağcabədi RPŞ əməkdaşları tərəfindən rayonun Yuxarı Qiyaməddinli kəndinin ərazisindən 1 ədəd partlamayan top mərmisi tapılıb.