“Qadağa qoyubmuş” - Gülnarənin rəfiqəsi danışdı

27 May 2016 14:02 (UTC+04:00)

Bu sözləri bir qədər əvvəl Peterburqda meşədə meyiti tapılan Gülnarə Vəliyevanın rəfiqələrindən biri bildirib. Onun dediyinə görə, Samir Gülnarəni çox qısqanırmış. Onun hətta rəfiqələri ilə münasibətinə belə demək olar ki, qadağa qoyubmuş. "O, Gülnarəyə təkcə anasıyla görüşməsinə icazə verirdi".

Vəliyevanın rəfiqəsinin dediyinə görə, Gülnarə özü deyib-gülən, həyat sevgisi olan qız idi: "O, itəndən sonra ilk ağla gələn ilk fikir intihar etməsi idi. Amma biz ilk gündən bu versiyaya inanmamışdıq".

Lent.az