Fransalı deputatlar işğal altındakı Madagizdə - Foto

27 May 2016 17:18 (UTC+04:00)
Bu barədə Rene Ruke öz Facebook səhifəsində yazıb. Deputat Qarabağın təmas xəttinə yaxın ərazidə yerləşən Madagiz və Talış kəndlərində erməni hərbçilərlə görüşdüklərini bildirib.

"Dostum Fransua Roşbluanla təmas xəttinin yaxınlığında yerləşən Talış və Madagiz kəndlərində olduq. Burada vətəndaşlarının təhlükəsizliyini və ölkələrinin "ərazi bütövlüyünü" qoruyan Dağlıq Qarabağın "müdafiə ordusunun" əsgərləri ilə də görüşdük".

Yerli televiziyalardan birinə danışan Rene Ruke həmçinin Talış kəndində yaşayan yeganə mülki erməni sakinlə də görüş keçirdiklərini söyləyib.

Modern.az saytı fransız deputatların Talış və Madagiz kəndlərinə səfərinin fotolarını təqdim edir.

Xatırladaq ki, işğal altındakı Talış kəndi Azərbaycanın Goranboy rayonunun inzibati ərazisinə daxildir.

Modern.az