Qardaş bacısını bıçaqlayıb öldürdü - Bakıda

27 May 2016 19:19 (UTC+04:00)

Ailə yaxını: "Heç nədən olub, ciddi bir səbəb də olmayıb. Oğlan tezdən durub ki, hazırlaşsın işə getsin. Nəsə səs olub. Qız yerindən durub, gəlib deyib ki, niyə səs salırsan? Qız sonra oğlana deyib ki, niyə mən nəsə səs eləyəndə, deyirsən ki, səni təpiyimin altına salacam? Oğlan da deyib ki, az danış. Sonra da mübahisə başlayıb".

Cinayət baş verən əraziyə gələn polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu müvafiq ekspertiza təyin ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində Emin Çobanov saxlanılıb. Qonşuların verdiyi məlumata görə qardaşla bacı arasında bu cür mübahisələr tez-tez baş verib.



Region TV