Rinqdə döyüş zamanı kikboksçu öldü - Rusiyada

27 May 2016 19:22 (UTC+04:00)

Bu barədə respublika istintaq komitəsinin İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə 54 kq qədər çəki kateqoriyasında Dzun-Xemçin rayonunun Çadana şəhərinin kikboksinq üzrə açıq çempionatında baş verib.

"21 yaşlı iştirakçı ayağı ilə 16 yaşlı iştirakçının qarın nahiyəsinə zərbə endirib, nəticədə o, huşunu itirib. Görülən tədbirlərə baxmayaraq, o, özünə gəlmədən elə rinqdə keçinib", - mətbuat xidməti bildirib.

Fakt üzrə istintaqdan öncə yoxlama aparılır, tibbi-məhkəmə ekspertizası təyin edilib, şahidlər dindirilir.


Oxu.Az