Almaniyanı “Türkvizyon 2016”da Azərbaycanlı təmsil edəcək

27 May 2016 22:10 (UTC+04:00)

5 dildə mahnı yazan və ifa edən Seyran paytaxt Bakıda musiqiçi ailəsində dünyaya gəlib.

Musiqiyə marağı uşaq yaşlarında piano və skripka ifa edərək yaranıb. İlk bəstəsini yeddi yaşında yazıb.

1997-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə qəbul olunub və iki ildən sonra musiqisiz qala bilməyəcəyini anlayaraq universiteti yarımçıq tərk edib.

Musiqi sahəsində ilk professional addımlarını Azərbaycan Milli Konservatoriyasının müəllimi Sevda Məmmədovadan vokal dərsləri alaraq başlayıb.

2011-ci ildə "Wild kisses" adlı mahnısı ilə Bakıda "Eurovision" milli seçim turlarına qatılıb.

Seyran İsmayılxanov hazırda Almaniyada yaşayır.


Oxu.Az