3 maşın bir-birinə girdi - Yaralılar var (VİDEO)

28 May 2016 19:59 (UTC+04:00)

3 minik avtomobilinin toqquşması ilə nəticələnən hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb. "VAZ-2106", "VAZ-2107" və "QAZ-2410" markalı minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.

Rayonun Göyçayın Cəyirli kənd sakini Ramin Babayev və şəhər sakini Soltan Hacıyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Region TV