Cəlilabadda fərdi ev yandı

28 May 2016 22:24 (UTC+04:00)

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Göytəpə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli evdə baş verib. Nəticədə evin aynabəndinin yanar konstruksiyaları 44 kv.m və otağın tavanı 20 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.