Dövlət rüsumlarının ödənişi dayandırıldı

29 May 2016 11:29 (UTC+04:00)

Hazırda vergi rüsumları və dövlət sosial sığorta üzrə ödəmələrlə əlaqədar ödənişlər edilməsi mümkün deyil.

Şirkətdən bildiriblər ki, həmin ödəmələrin həyata keçirilməsi maliyyə məsələsi ilə əlaqədardır: "Hazırda ödəmələrin bərpa edilməsi üzrə danışıqlar aparılır. Yaxın aylar ərzində bunun yenidən mümkün olacağı istisna edilmir".

Hazırda ödəmə terminalları vasitəsilə Xırdalan şəhəri, Bakının Nəsimi, Yasamal, Nizami, Sabunçu rayonları üzrə bələdiyyə vergilərinin qəbulu həyata keçirilir.

Trend.az