Bakıda ağır qəza - Qadın öldü

29 May 2016 12:37 (UTC+04:00)

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində, Kirov dairəsi adlanan ərazidə "Vaz 2107" markalı 10 EE 966 dövlət qeydiyyat nişanlı avtomobil 54 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Lent.az