Maaş və pensiyaları ödəmək üçün nə qədər vəsait lazımdır?

29 May 2016 12:57 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında iqtisadçı-alim Qubad İbadoğlu deyib.

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında Azərbaycan Respublikasının qanununa və əmək pensiyalarına görə ödənişlərin illik məbləği 2,93 milyard manat, aylıq isə 243,6 milyon manat olacaq: "Azərbaycanda büdcənin, sosial müdafiə fondunun və dövlət şirkətlərinin əhaliyə maaş və pensiya şəkilində aylıq ödənişləri indiki səviyyədə qalarsa 676 milyon manat, illik ödənişləri isə 8 milyard 112 milyon manat təşkil edir. Bu vəsait ayrılıqda Dövlət Neft Fondunun cari il üçün təsdiq olunmuş büdcəsindən 2 dəfəyədək, dövlət büdcəsinə qeyri-neft bölməsindən daxil olması proqnozlaşdırılan vəsaitdən isə ən azı 2 milyard manat çoxdur".

Q.İbadoğlu vurğulayıb ki, Azərbaycan hökümətinin öhdəliyi yalnız maaş və pensiyaları ödəməklə bitmir: "Bundan əlavə, müdafiə, idarəetmə aparatının saxlanması, təhsil, səhiyyə, mədəniyyət və sair sahələrdə cari xərclərin büdcədən maliyyələşdirilməsi tələb olunur. Bu vəsait isə dayanıqlı və davamlı olaraq, sahibkarlar tərəfindən ödənilə bilər. Hökumət nəzərə almalıdır ki, biznes fəaliyyət göstərməyəndə vergi daxilolmaları da olmur".

Bahar RÜSTƏMLİ
AzNews.az