Prezident yol tikintisinə pul ayırdı - 8.5 milyon

23 İyul 2016 18:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncama əsasən, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində "Avtomobil Yolları" Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi və "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətibu məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir.