Şamaxıda 3 yeniyetmə göldə boğuldu - Yenilənib

24 İyul 2016 20:39 (UTC+04:00)

Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.

Onların Şamaxı rayonu Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir.

***
20:23

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.

Hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Apa.az