Almaniyada növbəti terror - Ölən və yaralananlar var

25 İyul 2016 10:04 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ötən gün Ansbah şəhərindəki restoranlardan birinin yaxınlığında baş verib. Partlayıcı qurğunun işə salınması nəticəsində 1 nəfər ölüb, 12 nəfər yaralanıb. Ölən şəxsin terroru təşkil edən 27 yaşlı suriyalı olduğu məlum olub.

Qeyd edək ki, həftəsonu şəhərdə musiqi festivalı keçirilib. Məhz festival iştirakçılarının hədəfə alındığı ehtimal edilir.

Aydan AXUNDOVA