Səhiyyə Nazirliyinin 5 581 əməkdaşı vəzifəsindən kənarlaşdırılıb - Türkiyədə

27 İyul 2016 22:08 (UTC+04:00)

Bu barədə nazirliyin yaydığı yazılı açıqlamada qeyd olunub.

Məlumata görə, onlardan 1 504 nəfəri həkim, 115 nəfəri isə rəhbər vəzifələrdə çalışan şəxslərdir.

Qeyd edək ki, Türkiyədə Fətullahçı terror təşkilatının (FETÖ) uğursuz dövlət çevrilişi cəhdi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində indiyədək 51 332 nəfər vəzifəsindən kənarlaşdırılıb.


Report.az