Türkiyədə çox sayda general vəzifədən uzaqlaşdırıldı

27 İyul 2016 23:18 (UTC+04:00)

Quru Qoşunlarından 87 generalın Türkiyə Silahlı Qüvvələri ilə bağlantısı kəsilib.

Bundan başqa, 726 zabit və 256 gizirin də ordudan ixrac olunduğu bilidirilir.

Məlumata görə, Hava Qüvvələri Komandanlığından isə 30 generalın əlaqəsinin kəsildiyi bilidirilib. Həmin komandanlıqdan 314 zabit və 117 gizirin də ordudan ixrac olunub.

Həmin nömrəli qərara əsasən, 3 xəbər agentliyi, 16 telekanal, 23 radio, 45 qəzet, 15 jurnal və 29 nəşriyyat bağlanılıb.


Musavat.com