Partlayışda yaralananlarla bağlı yeni məlumat

28 İyul 2016 12:13 (UTC+04:00)

Qurumdan AzNews.az-a daxil olan məlumata görə, "Araz" zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

Bildirilir ki, həkim nəzarətində müalicələrinin davam etdirilən üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz" zavodunun utilizasiya sahəsində partlayış baş verib.