Cəbhədən xəbər var

1 Avqust 2016 09:38 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Berdavan, Barekamavan kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qazax rayonunun Kəmərli, Qaymaqlı kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Çiləbürt, Füzuli rayonunun Horadiz, Baş Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.